İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yeni Ali Rəhbər Seyid Müctəba Xameneiyə sədaqət andı içib.
Bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.
Bəyanatda SEPAH-ın Xameneinin göstərişlərinə əməl etməyə hazır olduğu vurğulanıb.
“Müctəba Xameneinin seçilməsi İslam Respublikasında yeni bir şəfəq və yeni bir dövrün başlanğıcını göstərir. Ekspertlər Şurası tərəfindən seçilən şəxsə hörmətimizi, sədaqətimizi və itaətkarlığımızı bəyan edirik”, – bəyanatda deyilir.





