SEPAH sabahdan regionda ABŞ-a bağlı İT şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib

SEPAH sui-qəsdlərə cavab olaraq Yaxın Şərqdə ABŞ-a məxsus şirkətləri hədəf alacağını bəyan edib.

İran mediasının xəbərinə görə, sui-qəsdlərin planlaşdırılmasında rol oynayan İT və süni intellekt şirkətləri legitim hədəf olacaq.

“Bu müəssisələrin əməkdaşlarına tövsiyə edirik ki, öz həyatlarını qorumaq üçün dərhal öz iş yerlərindən uzaqlaşsınlar. Region ölkələrində bu şirkətlərin ətrafında yaşayan sakinlər də 1 km radiusda ərazini tərk edib təhlükəsiz yerlərə getsinlər”, – xəbərdarlıqda deyilir.

Bəyanatda “Cisco”, “HP”, “Intel”, “Oracle”, “Microsoft”, “Apple”, “Google”, “Meta” və digər şirkətlərin adları yer alıb.

Bu şirkətlərin 1 apreldən etibarən hücumlara məruz qalacağı qeyd olunub.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər