8 C
Baku
Sunday, November 17, 2024

“Serbiya Aİ-nin sanksiyalarına görə Rusiya neftini idxal etməyəcək”

“Serbiya bu ilin noyabr ayından Avropa İttifaqının (Aİ) sanksiyalarına görə Rusiya neftini idxal edə bilməyəcək”.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

“Hər gün onlarla yeni problem yaranır. Gündəlik 350 ton mazut istehlak edirik. Amma qışda bu göstərici 7 dəfə çox olacaq. Mazut tapmaq lazımdır, çünki kifayət qədər mazut ehtiyatı yoxdur”, – Serbiyanın dövlət başçısı deyib.

Xatırladaq ki, iyunun 3-də Avropa İttifaqı Şurası Rusiyaya qarşı altıncı sanksiyalar paketini qəbul edib. Bu sanksiyalara Rusiyadan neft və neft məhsullarının dəniz yolu ilə daşınmasına qadağa edilməsi daxildir. Amma neftin dəniz yolu nəqlinə qadağa dekabrın əvvəlinə, neft məhsullarının dəniz yolu ilə daşınmasına qadağa isə 2023-cü ilin fevralına qədər təxirə salınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər