Bu ilin sonuna qədər “Air Serbia” şirkəti Belqraddan Bakıya birbaşa sınaq uçuşlarına başlamaq niyyətindədir.
Bunu Serbiyanın mədəniyyət naziri, Azərbaycanla bu ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.
“Serbiya Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi nadir ölkələrdəndir. Lakin iki ölkə arasında birbaşa uçuş imkanı yoxdur. Yaxın günlərdə bununla bağlı Azərbaycanla videokonfrans keçirmək niyyətindəyik. İlk növbədə bu marşrutun aktivliyini yoxlamaq üçün bu ilin sonuna qədər aviareyslər həyata keçirməyi düşünürük”, – deyə o qeyd edib.