6 C
Baku
Tuesday, December 24, 2024

Serbiya Azərbaycanla birgə qaz elektrik stansiyası tikəcək

Serbiya Azərbaycanla birgə Niş şəhəri yaxınlığında uzunmüddətli perspektivdə ölkənin elektrik enerjisi təchizatını sabitləşdirəcək qaz elektrik stansiyası tikmək niyyətindədir.

Bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin mediasına açıqlamasında bildirib.

Aleksandar Vuçiç Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın təkmilləşdirilməsi barədə müzakirələr apardığını deyib.

“Niş şəhəri yaxınlığında qaz elektrik stansiyası tikməyə çalışacağıq. Çünki Serbiyanın cənubunda elektrik enerjisi ilə bağlı problemlər yaşayırıq. Biz bunu Azərbaycanla birlikdə həyata keçirəcəyik və bu yolla növbəti 12 ildə Serbiya üçün stabil təchizat təmin edəcəyik. Qaz elektrik stansiyasının tikintisi bizim üçün çox vacibdir. Biz bunu təbii qazla zəngin olan Azərbaycanla müzakirə etdik”, – deyə Serbiya Prezidenti qeyd edib.

O bildirib ki, Serbiya və Azərbaycan arasında ticarət mübadiləsi əvvəlki illərlə müqayisədə 30 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər