13 C
Baku
Friday, April 19, 2024

Serbiya Baş Nazirinin müavini, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana gəlir

Serbiya Respublikasının Baş Nazirinin müavini və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana gəlir.

N. Stefanoviç Azərbaycana sabah səfər edəcək.

Qeyd edək ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmiş, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər