27 C
Baku
Saturday, July 27, 2024

Serbiya Futbol İttifaqının prezidenti istefa verdi

Serbiya Futbol İttifaqının prezidenti Slavişa Kokeza istefa verib.

Onun adam oğurluğu və qətldə ittiham olunan qrupla yaxın əlaqələri olduğu iddia edilir.

Funksioner “Tanyuq” agentliyinə açıqlamasında qərarını özünə qarşı yönələn böhtan və hücumlarla əlaqələndirib.

Kokeza 2016-cı ildən federasiyanın prezidenti vəzifəsində çalışırdı.

Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən biridir. Canni De Byazinin başçılıq etdiyi kollektiv martın 30-da Bakıda bu komanda ilə üz-üzə gələcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər