3 C
Baku
Tuesday, December 24, 2024

Serbiya nüvə enerjisi üzrə tədqiqatlara qoyulan moratoriumu ləğv edə bilər

Serbiya nüvə enerjisinin inkişafı ilə bağlı tədqiqatlara icazə verə bilər.

Bunu “TASS”a müsahibəsində Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.

Nazir qeyd edib ki, Rusiya ən müasir atom elektrik stansiyalarının tikintisi üzrə dünya lideridir:

“Moratorium hələ də mövcuddur və mən “Rosatom”un baş direktoru Aleksey Lixaçyov, qurumun rəhbərliyi ilə onun nə vaxt ləğv ediləcəyi barədə danışdıq. Amma nə qədər ki, moratorium mövcuddur, bizim dinc nüvə enerjisi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün çoxlu potensialımız var. Biz “Rosatom” və ya başqa strukturla kadrlar hazırlamalıyıq”.

Onun sözlərinə görə, Serbiya və Rusiya bu gün dinc nüvə enerjisinin inkişafı potensialına diqqət yetirməlidir.

Son xəbərlər
Digər xəbərlər