Serbiya hökuməti mayın 3-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün ölkəyə giriş məhdudiyyətlərini ləğv edib.
Bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.
“Gecə yarısından etibarən, əcnəbilər kimi Serbiya vətəndaşları da hansı ölkədən gəldiklərindən asılı olmayaraq, ölkəyə daxil olarkən mənfi PCR testi, sürətli antigen testi, yoluxmanın keçdiyinin təsdiqlənməsi və ya peyvənd sertifikatı tələb olunmur”, – deyə açıqlamada deyilir.
Qeyd olunur ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar ölkədəki “mövcud epidemioloji vəziyyətə əsasən” qəbul edilib.