10 C
Baku
Thursday, December 12, 2024

Serbiya parlamenti fövqəladə vəziyyətin müddətini uzatdı

Serbiya parlamenti yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini fevral ayının 8-nə qədər uzadılması barədə qərar qəbul edib.

Bu barədə parlamentin mətbuat xidməti xəbər verir.

Qeyd olunub ki, iclasda iştirak edən deputatların 83-ü fövqəladə rejimin uzadılmasının lehinə, 25 millət vəkili isə əleyhinə səs verib.

Serbiyada epidemioloji vəziyyət son günlər pisləşib və ölkədə koronavirusun Böyük Britaniya ştamı aşkar edilib.

Son xəbərlər
Digər xəbərlər