6 C
Baku
Saturday, December 14, 2024

Serbiya Prezidenti: “Ərdoğandan “Bayraktar” PUA-ları istədim və razılıq aldım”

Serbiya Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç “Atəş qalxanı” təliminin nəticələrindən sonra bildirib.

“Biz helikopter aviasiyamızı gücləndirəcəyik, həmçinin pilotsuz təyyarələrin sayını artıracağıq. Mən iki gün əvvəl (Türkiyə Prezidenti-red) Ərdoğanla söhbətimdə “bayraktar”ları istədim və vəd aldım ki, türk “bayraktar”larını bu ölkədən almaq imkanı əldə edəcəyik”, – Prezident deyib.

Serbiya ordusunun “Atəş qalxanı” təlimləri şənbə günü Pasulyanske-Livade poliqonunda başa çatıb.

Türkiyə son illər təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün döyüş PUA-larının istehsalına başlayıb. Hazırda “Bayraktar” PUA-ları artıq altı ölkədə xidmətdədir: Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukrayna. Bu tip pilotsuz təyyarələrdən Qarabağ müharibəsində, Suriya və Liviyada, Ukraynada döyüş əməliyyatlarında istifadə olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər