9 C
Baku
Thursday, December 12, 2024

Serbiya Prezidenti Azərbaycana səfər edəcək – Yenilənib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfər edəcək.

Bu barədə Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

O, səfər zamanı bir sıra zəruri görüşlər keçirəcəyini bildirib.

***

Güman edirəm ki, növbəti 20 gün ərzində Bakıya qeyri-rəsmi, amma zəruri bir səfər edəcəyəm.

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.

“Bu səfər çərçivəsində bizim üçün həddən ziyadə zəruri məsələləri müzakirə edəcəyik. Serbiya hökumətinin bir neçə naziri də mənə qoşulacaq. Və biz bunun vasitəsilə ilə bu gün burada təsis etdiyimiz strateji tərəfdaşlığı bərkidəcəyik, müvafiq addımları atacağıq”, – Serbiya lideri qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər