28 C
Baku
Saturday, July 27, 2024

Serbiya prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

Serbiyada COVİD-19 koronavirusunun yayılması səbəbilə fövqəladə vəziyyət elan edilib.

“TASS”ın verdiyi məlumata görə, bu barədə ölkədə prezidenti Aleksandr Vuçiç təcili mətbuat konfransı zamanı bildirib.

A.Vuçiç deyib: “Serbiya bu gündən etibarən görünməz düşmənə, virusa qarşı müharibə aparır, bizim ölkəmizqalib gəlməlidir. Konstitusiyaya, müdafiə nazirinin məktubuna, mənim məktubuma və baş nazirin məktubuna əsaslanaraq biz fövqəladə vəziyyətin tətbiq edilməsinə qərar verdik”.

Son xəbərlər
Digər xəbərlər