29 C
Baku
Friday, June 21, 2024

Serbiya qazın 40 faizini Azərbaycandan alacaq

Serbiya 2023-cü ildə qaza olan tələbatının 40%-ə qədərini Azərbaycandan alacaq.

Bu barədə Serbiyanın mədən və energetika naziri Zorana Mixayloviç bildirib.

Mixayloviçin sözlərinə görə, Rusiya hər il Serbiyaya 2,2 milyard kubmetr qaz tədarük etsə də, Balkan respublikasının qaz istehlakı ildə təxminən 3 milyard kubmetrdir.

Serbiya gələn il qazın bir hissəsini Azərbaycandan almaqla bu boşluğu doldurmaq niyyətindədir.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər