30 C
Baku
Friday, July 19, 2024

Serbiya Rusiya qazına görə ödənişləri rublla edəcək

Serb Respublikası Rusiyadan idxal etdiyi qaza görə ödənişləri rubl ilə etməyə hazırdır.

Bu barədə məlumatı respublikanın Rusiyadakı nümayəndəliyinin rəhbəri Duşko Peroviç açıqlayıb.

Onun sözlərinə görə, “Gazprom” şirkəti hər il əsas müqavilənin müddətini uzadır: “Rubl ilə ödəniş etməyə hazırıq. Bu texniki məsələdir”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin martında Avropa ölkələrinə tədarük edilən Rusiya qazına görə dənişlərin rublla həyata keçirilməsinə göstəriş verib. Təklif olunan sxemə əsasən, “Gazprombank”da alıcılara həm rubl, həm də avro ilə olmaqla iki hesabın açılması nəzərdə tutulur. Putin qeyd edib ki, Rusiya qazına görə ödənişlərin rubl ilə edilməsindən imtina edildikdə cari müqavilələr dayandırılacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər