18 C
Baku
Monday, April 29, 2024

“Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək” – Vuçiç

Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək, həmçinin Qərblə münasibətləri də korlamayacaq.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Ölkəsini qarşıda çətin bir dövrün gözlədiyini vurğulayan A.Vuçiç bildirib ki, Serbiya danışıqlardan əl çəkməyəcək, Qərblə münasibətləri pozmayacaq və Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək: “Bu vəziyyətlə bağlı həyəcanlı deyiləm, lakin Rusiyaya qarşı sanksiya tətbiq etməsək, nə qədər davam edə biləcəyimizi də bilmirəm”.

Serbiya Prezidenti deyib ki, Qərb dövlətləri Kosovo problemini tez bir zamanda həll etməyə çalışırlar.

Qeyd edək ki, Serbiya-Kosovo probleminin həllinə dair tərəflərə ABŞ və Avropa İttifaqının (Aİ) dəstəklədiyi Fransa-Almaniya Planı təklif olunub.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər