10 C
Baku
Wednesday, November 13, 2024

Serbiya silah ixracını dayandırdı

Serbiyadan silah ixracına qadağa qoyulub.

Bu barədə ölkənin müdafiə naziri Miloş Vuçeviç məlumat verib.

Bildirilir ki, ABŞ-ın qeyri-qanuni silah sövdələşmələri və digər cinayət əməlləri ilə bağlı Serbiyanın kəşfiyyat rəhbərinə sanksiya tətbiq etməsinə cavab olaraq ölkədən silah ixracına 30 günlük moratorium qoyulub.

Nazir bu addımın Serbiya ordusunun döyüş hazırlığını dəstəkləmək üçün zəruri olduğunu vurğulayıb.

“Bu, Serbiyanın müharibəyə getməsi və ya müharibəyə çağırması demək deyil, lakin biz bütün təhlükəsizlik risklərini və çağırışlarını nəzərdən keçiririk”, – Vuçeviç deyib

Son xəbərlər
Digər xəbərlər