Serbiya Türkiyədən “Bayraktar” PUA-sı almaq niyyətindədir.
Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.
Prezident deyib ki, bunun üçün danışıqlar aparmaq istəyirlər: “Dövlət büdcəsindən “Bayraktar” almaq üçün bir neçə yüz milyon avro vəsait ayrılıb. Bununla bağlı Türkiyə ilə danışıqlar aparmaq istəyirik”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Serbiyada səfərdədir.