24 C
Baku
Thursday, September 29, 2022

Serbiya Ukrayna böhranı səbəbindən ərzaq ehtiyatı yaradır

Serbiya Rusiya ilə Ukrayna arasındakı böhran səbəbindən böyük miqdarda ərzaq məhsulları sifariş verib.

Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Serbiya hökuməti hər biri 30 min ton olmaqla un, quru süd və duz, eləcə də min ton lobya və noxud alacaq. Bütün dünyanın isteriya vəziyyətində Rusiya və Ukrayna arasında nəyinsə baş verəcəyini gözlədiyi bir vaxtda heç nə olmamış kimi davranmaq olmaz”, – deyə A.Vuçiç bildirib.

Serbiya Prezidenti ölkəsinin yanacaq ehtiyatı yaratmadığını da deyib.

MənbəAzərtac
Son xəbərlər
Oxşar xəbərlər