19 C
Baku
Sunday, April 14, 2024

Serbiya vətəndaşlığın verilməsini sadələşdirmək planlarını təxirə salır

Avropa İttifaqı (Aİ) Serbiyanı vizasız rejimin ləğvi ilə hədələdikdən sonra ölkə hakimiyyəti əcnəbilərə vətəndaşlıq verilməsi prosedurunun sadələşdirilməsi təşəbbüsünü təxirə salır, bu barədə “Financial Times” yazıb.

Mart ayında Serbiyanın Daxili İşlər Nazirliyi (DİN) bir il ərzində ölkədə yaşamaq icazəsi ilə yaşayan və rəsmi olaraq Serbiya şirkətində işləyən əcnəbilərin vətəndaşlıq üçün müraciət edə biləcəyi qanun layihəsi hazırlayıb. Qeyd edək ki, indi Serbiya pasportu əldə etmək üçün ən azı beş il ölkədə yaşamaq lazımdır.

Avropa Komissiyası xəbərdarlıq edib ki, qanun layihəsi qəbul olunarsa, “Aİ mümkün təhlükəsizlik risklərinin qarşısını almaq və azaltmaq məqsədilə” Serbiya ilə vizasız rejimi dayandıra bilər. AK-nin bəyanatında deyilir ki, Avropa səlahiyyətliləri keçən il Belqrada “sərmayə sxemləri ilə vətəndaşlığı qəbul etməkdən imtina etmək və ya ondan çəkinmək” üçün tövsiyələr veriblər.

Serbiya hökumətinin müşaviri nəşrlə söhbətində Aİ-nin bəyanatını şərh edərkən qeyd edib ki, vətəndaşlığın sadələşdirilmiş şəkildə verilməsi ilə bağlı qanun layihəsi “sadəcə təklifdir” və “hələ qəbul edilməyib”.

Son xəbərlər
Digər xəbərlər