4 C
Baku
Tuesday, December 24, 2024

Serbiyada BRICS-ə qoşulmaq ilə bağlı referendum keçirilə bilər

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin BRICS-ə qoşulması məsələsi ilə bağlı referendum keçirilməsini istisna etməyib.

Bu barədə ölkə başçısı Serbiya Radio və Televiziyasının efirində açıqlayıb.

Onun sözlərinə görə, BRICS-in Serbiyada populyarlıq reytinqi 42 %-ə çatıb, bu mövzu artıq növbəti iki il ərzində respublikada əsas mövzulardan birinə çevriləcək və referendum keçirilməsini tələb edə bilər.

“Bir neçə gün əvvəl Serbiyada insanların bu məsələ barədə nə düşündüyünə baxdım. BRICS-in Serbiyada populyarlığı hazırda təxminən 42 % səviyyəsindədir. Düşünürəm ki, bu məsələnin müzakirəsi çoxlarının xoşuna gəlməsə də, bir il yarım-iki ildən sonra bu ölkədə çox ciddi olacaq. <…> İstisna etmirəm ki, iki il yarımdan sonra yeni prezidentin seçiləcəyi hansısa seçkilərdə bu əsas mövzulardan birinə çevriləcək. Kim bilir, bəlkə də referendum üçün mövzu ola bilər”, – Vuçiç qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət etmişdi.

Son xəbərlər
Digər xəbərlər