Serbiyanın Müdafiə Nazirliyi ölkədəki gəncləri könüllü hərbi xidmətə çağırıb.
Ölkədə 19-30 yaş arası gənclərin 6 ay müddətində könüllü olaraq hərbi xidmətə dəvət edildiyi açıqlanıb.
Bildirilib ki, könüllü hərbi xidmət keçmək istəyənlərə hərbi bölgəyə gediş-gəliş biletləri, xidmət müddəti ərzində tibbi sığortası ödəniləcək, aylıq 323 avro müavinət veriləcək.
Nazirlik həmçinin 6 aylıq könüllü hərbi xidmətini uğurla başa vuranlara Serbiya Ordusunda peşəkar xidmət etmək hüququ veriləcəyini açıqlayıb.
Qeyd edək ki, Serbiyada hərbi xidmətə çağırış məcburi xarakter daşımır.