16 C
Baku
Friday, November 22, 2024

“Serbiyanın əczaçılıq şirkətləri Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərə bilər”

Serbiyanın əczaçılıq şirkətləri Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərə bilər.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

O qeyd edib ki, Ələt Azad İqtisadi Zonası ilə bağlı gözləntilər də böyükdür: “İqtisadi Zonanın yaxınlığında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Asiya və Avropa arasında artan yüklərin həcminin daha böyük hissəsini qəbul etməyi hədəfləyir. Bundan əlavə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxın yerləşən Bakı Gəmiqayırma Zavodunun strateji mövqeyi onu Xəzər hövzəsi daxilində yük və sərnişinlərin daşınmasını asanlaşdıran müasir gəmiqayırma və təmir mərkəzinə çevirir. Bunları nəzərə alaraq serb investorlarını Azərbaycanla əməkdaşlıqları nəzərdən keçirməyə dəvət edirik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər