5 C
Baku
Monday, January 6, 2025

Serbiyanın Azərbaycandan aldığı qazın həcmi açıqlanıb

Serbiya hazırda Azərbaycandan gündəlik 2,5 milyon kubmetrədək təbii qaz idxal edir.

Bunu “Srbijagas” şirkətinin direktoru Duşan Bayatoviç deyib.

O, Serbiyanın istilik mövsümü bitənə qədər qaz çatışmazlığı ilə üzləşməyəcəyini və istehlakçıların qiymətlə bağlı narahatlığına əsas olmadığını qeyd edib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Azərbaycandan Serbiyaya illik 400 milyon kubmetrədək qazın tədarükünə dair müqavilə imzalanıb. Nəticədə Serbiya ölkəmizin Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşı və Azərbaycan qazı ilə təchiz edilən 8-ci ölkə olub.

Ötən ilin sentyabrında SOCAR və “Srbijagas” şirkətlərinin imzaladığı yeni qaz müqaviləsi isə 2024-cü il noyabrın 1-dən 2025-ci il aprelin 1-dək əlavə gündəlik 1 milyon kubmetr qazın təchizatını nəzərdə tutur. Gələcəkdə Azərbaycandan Serbiyaya qaz tədarükünü ildə 1 milyard kubmetrə çatdırmaqla bağlı planlar var.

Mənbəazərtac
Son xəbərlər
Digər xəbərlər