7 C
Baku
Thursday, November 7, 2024

Serbiyanın baş naziri ölkədə birinci olaraq COVID-19-a qarşı peyvənd edildi

Serbiyanın Baş naziri Ana Brnabiçə ölkədə birinci olaraq “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış koronavirus əleyhinə vaksin vurulub.

Bu barədə “Reuters” xəbər verir.

“Mənim üçün bunu öz ölkəm xatirinə etmək və vətəndaşlara peyvənd olunmaq üçün birinci yol açmaq böyük şərəfdir”, – Brnabiç Belqradda Virusologiya, vaksinlər və zərdablar İnstitutunda peyvənddən sonra deyib.

O qeyd edib ki, Çinin “Sinopharm” və Rusiyanın “Sputnik V” vaksinlərinin ölkəyə çatdırılmasına yaxın vaxtlarda başlanılmalıdır, amma baş nazir bununla bağlı konkret müddət göstərməyib.

Baş nazirin sözlərinə görə ki, prezident Aleksandr Vuçiçə ehtimal ki, “Sinopharm” vaksini vurulacaq. Növbəti ildə Serbiya həmçinin “AstraZeneca” və “Moderna” peyvəndlərini də alacaq.

“Pfizer”/”BioNTech” peyvəndlərinin çox hissəsi qocalar evlərində yaşayanlara vurulacaq.

Serbiya çərşənbə günü koronavirusa son sutka ərzində 4 426 yoluxma 52 ölüm barədə bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər