6 C
Baku
Sunday, December 15, 2024

Serbiyanın təbii qaz rezervləri ölkə tarixində ən yüksək səviyyəyə çatıb

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin təbii qaz rezervlərinin tarixin ən yüksək səviyyəsinə çatdığını açıqlayıb.

A.Vuçiç sosial media hesabında 262 milyon kubmetr təbii qazın Serbiyadakı, 200 milyon kubmetr qazın isə Macarıstandakı yeraltı anbarlara vurulduğunu bildirib.

Qaz ehtiyatlarının yalnız Serbiyanın istifadəsi üçün ayrıldığını vurğulayan A.Vuçiç deyib: “Əminəm ki, Serbiya vətəndaşlarını qarşıda daha soyuq qış gözləyir”.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər