7 C
Baku
Thursday, December 26, 2024

Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini dayandırıb

Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Səfirliyin məlumatında bu addımın əməkdaşların təhlükəsizliyini təmin etmək üçün atıldığı bildirilib.

“Serbiya Respublikasının Ukraynadakı səfirliyi əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti olaraq bağlanıb. Səfirliyin əməkdaşları onların Ukraynaya qayıtması üçün lazımi şərait yaranana qədər Belqraddan işlərinə davam edəcəklər”, – deyə səfirliyin bəyanatında qeyd olunub.

Açıqlamada Serbiyanın Xarici İşlər Nazirliyinin fevralın 13-də öz vətəndaşlarına Ukraynaya səfər etməməklə bağlı xəbərdarlıq etdiyi də xatırladılıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər