İtaliya parlamentinin hər iki palatasının birgə iclasında keçirilən səsvermə nəticəsində Sercio Mattarella yenidən ölkə prezidenti seçilib.
Səslərin hesablanması prosesi milli parlamentin aşağı palatasının saytında canlı yayımlanır.
Bu hesablamaya görə, Mattarella tələb olunan 505 səsi toplayıb.
Yeddi il müddətinə seçilən prezident adətən nümayəndəlik funksiyasını yerinə yetirir, konstitusiyanın və milli birliyin təminatçısı kimi çıxış edir. Hökumət böhranı yaranarsa, ondan çıxış yolları, o cümlədən parlamentin buraxılması və növbədənkənar seçkilərin elan edilməsi barədə qərar qəbul edir.