22 C
Baku
Friday, May 31, 2024

Sergey Brin və Larri Peycdən biznes prinsipləri

Google yaradıcılarının “pul insanları xoşbəxt edə bilərmi və nə üçün şirkətlər uğursuzluğa düçar olurlar” sualları haqqında fikirləri.

  • Qaydalar çoxaldıqca innovasiyalar yoxa çıxır.
  • Böyük problemləri həll etmək daha asandır, nəinki kiçik.
  • Ideyanın əhəmiyyətini olduğundan çox qiymətləndirməmək lazımdır. Sənin əla bir ideyan ola bilər və mən bunun nə qədər romantik olduğunu başa düşürəm… Lakin məsələ burasındadır ki, fikirləşib tapmaq – nə isə böyük bir şeyin yaradılmasının çox cüzi bir hissədir.
  • Məsələn, həmişə deyirlər ki, guya xoşbəxtliyi pulla almaq olmur. Lakin mən ürəyimin dərinliklərində inanırdım ki, böyük pullar hər halda az da olsa xoşbəxtlik gətirə bilirlər. Əslində isə bu, belə deyilmiş.
  • Nə qədər çox cəhd edir və geriyə çəkilirsənsə, dəyərli nə iləsə rastlaşmaq şansın bir o qədər çox olur.
  • Qoy rəqiblər düşünsün ki, biz pərişanıq, nəinki planlarımızdan xəbərləri olsun.
  • Biz həmişə eyni olmalıyıq deyə bir qayda yoxdur, geriyə dönüb kədərli halda “Ah, mən necə də istərdim ki, hər şey əvvəlki kimi olsun” deməyin.
  • Təcrübə üstünlükdür, lakin bəzən o maneəyə də çevrilə bilər.
  • İnternet ona görə belə məşhurlaşdı ki, o hamı üçün açıq idi və onu tənzimləyən şirkət yox idi.
  • Biz istərdik ki, Google sizin beyninizin üçüncü hissəsi olsun.
  • Çoxları məni sadəlövh hesab edir… lakin əgər mən optimist olmasa idim, 1998-ci ildə axtarış sistemini yaratmazdım.
  • Belə bir şirkəti idarə etmək həmişə böyük stressdir. Lakin mən idmanla məşğul oluram.
  • Şirkət işçilərinin sayı on nəfərdən yüzə qalxdıqda, sən bütün əməkdaşların adların bilməyəcəksən. Bundan sonra rahat şəkildə personalın sayını artırmaq olar.
  • Nə isə vacib bir işi həyata keçirmək üçün müvəffəqiyyətsizlik qorxusunu aşmaq lazımdır.
  • 10%-lik ehtimalla istənilən məhsul problemə çevrilə bilər, lakin “məhz hansı?” – bax, bunu proqnoz vermək qeyri-mümkündür.
  • Həmişə gözləniləndən artığını ver.
  • Əgər biz hər şeyi pula görə etsəydik, onda çoxdan şirkəti satıb, çimərlikdə istirahət edirdik.
  • Şirkətlər ona görə uğursuzluğa düçar olur ki, onlar ya düzgün olmayan qərarlar verir, ya da onlarda ambisiya çatışmır. Amma səbəb məhkəmə prosesləri və ya rəqabət deyil.
Son xəbərlər
 ⁠
Digər xəbərlər