Google yaradıcılarının “pul insanları xoşbəxt edə bilərmi və nə üçün şirkətlər uğursuzluğa düçar olurlar” sualları haqqında fikirləri.
- Qaydalar çoxaldıqca innovasiyalar yoxa çıxır.
- Böyük problemləri həll etmək daha asandır, nəinki kiçik.
- Ideyanın əhəmiyyətini olduğundan çox qiymətləndirməmək lazımdır. Sənin əla bir ideyan ola bilər və mən bunun nə qədər romantik olduğunu başa düşürəm… Lakin məsələ burasındadır ki, fikirləşib tapmaq – nə isə böyük bir şeyin yaradılmasının çox cüzi bir hissədir.
- Məsələn, həmişə deyirlər ki, guya xoşbəxtliyi pulla almaq olmur. Lakin mən ürəyimin dərinliklərində inanırdım ki, böyük pullar hər halda az da olsa xoşbəxtlik gətirə bilirlər. Əslində isə bu, belə deyilmiş.
- Nə qədər çox cəhd edir və geriyə çəkilirsənsə, dəyərli nə iləsə rastlaşmaq şansın bir o qədər çox olur.
- Qoy rəqiblər düşünsün ki, biz pərişanıq, nəinki planlarımızdan xəbərləri olsun.
- Biz həmişə eyni olmalıyıq deyə bir qayda yoxdur, geriyə dönüb kədərli halda “Ah, mən necə də istərdim ki, hər şey əvvəlki kimi olsun” deməyin.
- Təcrübə üstünlükdür, lakin bəzən o maneəyə də çevrilə bilər.
- İnternet ona görə belə məşhurlaşdı ki, o hamı üçün açıq idi və onu tənzimləyən şirkət yox idi.
- Biz istərdik ki, Google sizin beyninizin üçüncü hissəsi olsun.
- Çoxları məni sadəlövh hesab edir… lakin əgər mən optimist olmasa idim, 1998-ci ildə axtarış sistemini yaratmazdım.
- Belə bir şirkəti idarə etmək həmişə böyük stressdir. Lakin mən idmanla məşğul oluram.
- Şirkət işçilərinin sayı on nəfərdən yüzə qalxdıqda, sən bütün əməkdaşların adların bilməyəcəksən. Bundan sonra rahat şəkildə personalın sayını artırmaq olar.
- Nə isə vacib bir işi həyata keçirmək üçün müvəffəqiyyətsizlik qorxusunu aşmaq lazımdır.
- 10%-lik ehtimalla istənilən məhsul problemə çevrilə bilər, lakin “məhz hansı?” – bax, bunu proqnoz vermək qeyri-mümkündür.
- Həmişə gözləniləndən artığını ver.
- Əgər biz hər şeyi pula görə etsəydik, onda çoxdan şirkəti satıb, çimərlikdə istirahət edirdik.
- Şirkətlər ona görə uğursuzluğa düçar olur ki, onlar ya düzgün olmayan qərarlar verir, ya da onlarda ambisiya çatışmır. Amma səbəb məhkəmə prosesləri və ya rəqabət deyil.