Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 13-də keçirdiyi brifinqdə bildirib.
O, səfərin tarixi barədə məlumat verməyib: “Başqa informasiyaları bir qədər sonra bildirəcəyik”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Sergey Lavrovun İrana səfərinin tarixi ilə bağlı hazırlığın aparıldığını bildirib.