8 C
Baku
Monday, November 18, 2024

Sergey Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxıb

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxıb.

Rusiya Müdafiə Nazirliyi onun vəzifə başında görüntülərini yayıb.

Qeyd olunub ki, o, xüsusi əməliyyat zonasında komanda məntəqələrindən birinə gedib və yoxlamalar aparıb.

S. Şoyqu qrup komandiri general-polkovnik Yevgeni Nikiforovun mövcud vəziyyət barədə məruzəsini dinləyib.

Müdafiə naziri şəxsi heyəti Ukrayna Silahlı Qüvvələrinin planlarını əvvəlcədən aşkarlamaq və qabaqlayıcı tədbirlər görmək barədə tapşırıq verib.

O, həmçinin fəal kəşfiyyat işlərinin davam etdirilməsini əmr edib.

Qeyd edək ki, iyunun 24-də “Vaqner” özəl hərbi şirkəti silahlı qiyama cəhd etmişdi. Bundan sonra S. Şoyqu barədə heç bir məlumat yox idi. Onun istefaya göndəriləcəyi iddia edilir.

Son xəbərlər
Digər xəbərlər