12 C
Baku
Sunday, November 24, 2024

Şerman Aktı

ABŞ-ın 35-ci Dövlət Katibi Con Şerman, 1865-1880-ci illər

Şerman aktı (ing. Sherman Act). ABŞ-da trest əleyhinə (yəni anti monopoliya) qəbul olunmuş ilk qanundur, o trest (monopoliya) yaratmaq və bu məqsədlə gizli sövdələşməyə girməklə azad ticarətin aparılmasını əngəlləməyi cinayət elan etmişdir. Akt federal prokurorlara belə cinayətkar birlikləri izləməyi həvalə edir, həmçinin cərimə, müsadirə (həcv) və 10 ilə qədər müddətdə həbs şəklində cəzalar təsis edirdi. Şerman aktını əsas maddələri bu gün də qüvvədədir, o Birləşmiş Ştatların federal məcəlləsinə daxil edilib (hissə 12, paraqraf 1-7)

Qanun, layihənin təşəbbüskarı olan –siyasətçi Con Şermanın adı ilə adlandırılıb, o, 1890-ci ildə Respublikaçılar partiyasının Senatdakı fraksiyasının rəhbəri və həmçinin senator idi. Şermanın hazırladığı qanun layihəsi 1890-ci il 20 aprel tarixində 51-in 1-ə nisbəti ilə Senat tərəfindən bəyənilmiş, 20 iyun tarixində isə icmalar palatasından yekdilliklə müsbət rəy almış, prezident Harrison tərəfindən təsdiq edilmiş və 1890-ci il 2 iyul tarixindən qüvvəyə minmişdir. Ruzvelt qanundan özünün trest əleyhinə kampaniyası zamanı geniş şəkildə istifadə etmişdir.

Şerman aktı sadəcə trestlərin (monopoliyaların) əleyhinə yönəlməmişdi, ümumiyyətlə qanun azad ticarəti (həm ABŞ daxilində ştatlar arasında, həm də beynəlxalq səviyyədə) məhdudlaşdıran qurumlara, həm də şəxsən Con Rokfeller və onun Standard Oil kompaniyasına qarşı idi. Qanunda verilmiş trest anlayışı ( trest və ya digər formada təşkil olunmuş birliklər ticarəti məhdudlaşdırır), onu həm kommersiya şirkətlərinin birləşməsinə qarşı, həm də həmkarlar ittifaqında qarşı istifadə etməyə icazə verir. Həmkarlar ittifaqı ilə bağlı qanunlardakı boşluq 1914-cü Kleyton aktı ilə ləğv edildi.

Son xəbərlər
Digər xəbərlər