24 C
Baku
Thursday, April 18, 2024

Sərnişinlərin Bakı Metrosundan istifadəyə marağı azalıb

2019-cu ilin yanvar- mart ayında  nəqliyyat sektorunda  460,75 min sərnişin daşınıb. Ötən il isə 454,95 min sərnişin nəqliyyat sektorundan istifadə edib. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatdan istifadə edənlərin sayı 1,3 % artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşınan sərnişinlərin 717,3 min nəfəri dəmir yolu, 3,9 min nəfəri dəniz, 477,7 min nəfəri hava, 55 mln. 634,2 min nəfəri metro, 403 mln. 913,6 min nəfəri avtomobil (burada 387 mln. 707 min nəfəri avtobus) ilə daşınıb.

Bildirək ki, ötən ilin analoji dövründə metrodan istifadə edən sərnişinlərin sayı 56 mln 440 nəfər olub. Bu il isə  2018-ci ilin müvafiq dövrüylə müqayisədə Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz azalaraq 55,6 milyon nəfər olmuşdur.

Avtobusdan istifadə edən sərnişinlərin sayı isə 2018-ci ilin yanvar-mart ayı ilə müqayisədə bu il 1,6 % artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəmir yolu ilə daşımalarda 16.7%, dəniz ilə daşımalar 44,4% və avtomobil ilə daşınan sərnişinlərin sayı 1,6% artıb.

Son xəbərlər
Digər xəbərlər