“Gələcəkdə yüksək bal toplayan müəllimlər metodist ola bilərlər”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirində deyib.
O bildirib ki, məktəblərdə hazırda metodist sahəsi üzrə çatışmazlıqlar var: “Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər”
E.Əmrullayev vurğulayıb ki, lakin bu hələ gələcəyin işidir: “Hazırda məsələ ilə əlaqədar işlər aparılır”.