17 C
Baku
Friday, October 18, 2024

“Sertifikasiyadan uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır”

Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, belə müəllimlərin sayı səkkiz minə yaxındır. Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.

E.Bağırov xatırladıb ki, iyunun 8-də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq: “Son 6 ay ərzində onlar üçün inkişafetdirici təlimlər keçirilib. Böyük əksəriyyətin uğur qazanacağına inanırıq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər