33 C
Baku
Monday, September 1, 2025

ŞƏT üzvləri Tiencin bəyannaməsini qəbul etdilər

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzvləri Tiencin bəyannaməsini qəbul ediblər, hansı ki ABŞ və İsrailin İrana zərbələrini pisləyir, o cümlədən hərbi münaqişələr zamanı nüvə infrastrukturuna ziyan vurmasının yolverilməzliyinə işarə edir; terrorizmi pisləyir və onunla mübarizədə ikili standartların qəbuledilməzliyini vurğulayır; üzv ölkələrin Əfqanıstanda sülhün və inkişafın təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməyə hazır olduqlarını ifadə edir.

Eyni zamanda, ŞƏT üzvləri sənəddə süni intellektlə bağlı təhlükəsizlik risklərinin qarşısını almaq üçün birgə işləməyə hazır olduqlarını bildiriblər. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın inkişaf etdirilməsinin, o cümlədən kosmosun hər hansı silahdan azad olmasının tərəfdarı olduqlarını bəyan ediblər.

Sənəddə deyilir ki, ŞƏT-ə sədrlik Qırğızıstana keçir, “müşahidəçi” və “dialoq tərəfdaşı” statusları isə birləşdirilir.

Son xəbərlər
Digər xəbərlər