20 C
Baku
Tuesday, October 14, 2025

Seulda ilk nüvə bunkeri tikiləcək

Cənubi Koreyanın paytaxtı Seulda yerli bələdiyyə və “Seul Housing and Communities Corp.” şirkəti yaxın üç il ərzində sakinləri nüvə, bioloji və ya kimyəvi hücumlardan qorumaq məqsədilə şəhərin ilk yeraltı sığınacağını inşa etməyi planlaşdırır.

Bu barədə “The Korea Herald” məlumat yayıb.

Layihə müəlliflərinin sözlərinə görə, sığınacağın tikintisinə səbəb Rusiya-Ukrayna münaqişəsi fonunda davam edən qlobal qeyri-sabitlik və Şimali Koreyadan artan hərbi təhlükədir.

Bunker Sonqpa-qu rayonunda, 16 çoxmərtəbəli yaşayış binasının daxil olduğu yaşayış kompleksinin ərazisində tikiləcək. Qeyd olunur ki, əvvəllər həmin ərazidə istintaq təcridxanası yerləşib.

Sülh dövründə sığınacağın fitnes studiyası kimi istifadəsi nəzərdə tutulur.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər