0 C
Baku
Wednesday, February 12, 2025

Sevdiyim işlə məşğul olmaq və ya pul qazanmaq seçimi arasında

“Əgər sən gördüyün işə həqiqətən ürəkdən bağlısansa, lakin son nəticədə bu iş sənə pul qazandırmırsa, yenə də o işi görməyə davam etməlisənmi?”

Maraqlıdır! Niyə universitetdə oxuyan zaman bizə sadəcə bir cümlə demirlər: “Sevdiyin işlə məşğul ol, pul özü gələcək”.

Çox gözəl səslənir, bəs gerçəkliyə nə dərəcədə yaxındır? Bəs ola bilməz ki, sən sevdiyin işlə məşğul olasan, amma sonda yenə səni müflislik gözləyə? (bu sual lap təzəlikcə bizim oxuculardan birini çox narahat etmişdir, odur ki, bu mövzuya toxunmaq qərarına gəldik).

Kitab yazmaq üçün araşdırma aparanda belə bir qənaətə gəlmişik ki, insan naməlumluğa doğru addım atmaq qərarına gəldikdə, ən çox əhəmiyyət daşıyan amil arzunun nə dərəcə də güclü olmasıdır. “Siz sadəcə sevdiyiniz işlə məşğul olmaq istəyirsiniz, ya elə bir işi görmək istəyirsiniz ki, o sonda sizi sevdiyinizə qovuşdursun. Bundan ötrü də əlinizdən gələni əsirgəmirsiniz və məntiqlə bütün səyləriniz sonda sizi ən yaxşı görə biləcəyiniz işlərə aparıb çıxaracaq”.  Bu arzu sizi daha yaradıcı, daha kreativ edəcək, təxəyyül qabiliyyətiniz gücləndirəcək və siz daha uzaq məsafələri daha sürətlə qət edəcəksiniz.

Bu sizə tab gətirməyə də kömək edəcək. Siz əvvəllər heç vaxt etmədiyiniz bir şeyə ilk dəfə cəhd edirsinizsə, istər bu işlə bağlı qeyri adi proyekt olsun, istər sıfırdan başlayan yeni biznes –siz çoxsaylı sizə tanış olmayan maneələr ilə üzləşəcəksiniz. Elə ilk maneə ilə qarşılaşdığınız andaca məğlub olmaq istəməzsiniz, elə deyilmi?

Amma gəlin real olaq. Sadalanan faktorlardan heç biri sizə var-dövlət, hətta maliyyə uğuru qazanmağı belə vəd etmir. 

Bir dəfə dostlarımızdan biri səs yazamadan sonra bir neçə peşəkar musiqiçi ilə barda əyləşib bir az içir və söhbət edirdilər. Söhbət onların hamısının yaxşı tanıdığı başqa bir heyrətamiz musiqiçi haqqında gedirdi. Onlardan biri qeyd etdi ki, həmin musiqiçinin bəxti məhz onda gətirib ki, onun musiqisi satılır. Bu sözlərdə doğrudan da böyük həqiqət var idi. Biz hamımız musiqi yazırdıq, amma heç bir təminat yoxdur ki, bu musiqini kimsə alacaq.Tamamı ilə yoxdur. Bunlar olduqca fərqli iki amildir.

Ona görə bu oxucunun sualı sanki qəfil bir hücuma bənzədi: “Mənim arzum var, amma mən tam əminəm ki, bu arzu məni sözün əsl mənasında mənfəətli bir yerə aparıb çıxarmayacaq. Bəs onda nə? Mən yenə də bu yolla getməyə davam etməliyəm? “

Əlbəttə hə.

Indi isə gəlin bu cavabı bir az araşdıraq:

Elə ola bilər ki, şərait sizə heç cür sevdiyiniz işlə məşğul olmağa icazə verməsin. Məsələn, bunu etsəniz siz ailənizi dolandıra bilməyəcək və ya təhsilinizi atmalı olacaqsınız (və siz fikirləşirsiniz ki, təhsil sizin ürəkdən istədiyiniz işdən daha vacibdir). Belə halda yox, yaxşı olar ki, iqtisadi həyatınızı belə təhlükə altına atmayasınız. Naməlum gələcəklə mübarizə aparmağı ən yaxşı üsulu atacağın hər balaca addımın, səni növbəti addım atacağın yerə sağ-salamat gətirib çıxartmasıdır. Ona görə əmin ol ki, sən qida və sığınacaq kimi öz ilkin ehtiyaclarını (Maslovun ehtiyaclar piramidası) təmin etməyə diqqət ayırırsan.

Lakin bu heç də o anlama gəlmir ki, siz öz sevdiyiniz işlə az da olsa məşğul ola bilməzsiniz –hətta  gündə cəmi 15 dəqiqə olsa belə.

Və siz bunu etməlisiniz!

Niyə?

Araşdırma (Harvard Business Review May, 2011 göstərir ki, o insanlar ki, hər gün az da olsa öz istəklərinin gerçəkləşməsinə vaxt ayırır, həqiqətən arzuladığı həyata doğru irəliləyiş etmiş olur və özlərini daha məmnun və təmin olunmuş hiss edirlər.

Biz insanların xoşbəxt olmasının tərəfdarıyıq. Həmçinin də biz, insanları xoşbəxtlik axtarmağa sövq etməyin tərəfdarıyıq. Oxucunun sualının yaxşı tərəfin odur ki, bu insanları düşünməyə vadar edir. Bəzi insanlar var ki, sevmədiyi işlə məşğul olsalar da, kifayət qədər pul əldə edə biliblər, indi onların əlində imkan var ki, bundan sonra həyatlarını necə davam edəcəklərinə dair qərar versinlər, yəni sevdiyim iş ya mənə gəlir gətirən iş. Elə insanlar var ki, bu şansın olmasına baxmayaq, sadəcə pul qazanmaq xətrinə həmin addımı atmaqdan çəkinir və arzuların arxasınca getmir. Əksər hallarda o insanlar belə deyir: “Elə ki, mən lazımı qədər pul əldə etdim, mən doğrudan da görmək istədiyim işi görəcəyəm. Onda mən daha pul haqqında narahat olmayacam”. Lakin təəssüf ki, onlar həyatın həmin məqamına yetişə bilmir. Axı ömür sonsuz deyil və bitəcəyi bir yer vardır. Bu sual sizə ömrünüzü necə keçirdiyiniz haqqında düşünməyə təhrik edə bilər.

Əlbəttə ki, sualda təqdim olunmuş fikir yükü yanlış ola bilər. Siz sevdiyiniz işi görərək də pul qazana bilərsiniz və gec tez buna nail olacaqsınız, hətta buna inanmasanız da. Yadda saxlayın ki, gələcək naməlumdur. Kim bilir axı, insanlar nə alacaq və siz növbəti hərəkətinizdən sonra nə ixtira edə bilərsiniz. Ola bilər ki, sizi hansı bir kəşfdən və ya dahi ideyadan cəmi bir an ayırır və bu an istənilən bir zaman gələ və hər şeyi dəyişə bilər.

Bundan əvvəlki məqalələrdə dediyimiz kimi, siz naməlumluqla üz-üzə gələndə, nədən isə əmin olmağın yeganə yolu hərəkət etməkdir. Siz naməlumluqla qarşılaşdıqda –sizin arzunuzun sizə pul gətirib, gətirməyəcəyi həmin məqamda tamamı ilə qeyri müəyyən olsa belə yenə də hərəkət edin. Siz nə baş verə biləcəyi haqqında düşünməyin, nə nəticələri öncədən xəbər verməyə çalışmayın, nə də hər bir detalı planlaşdırmayın. Siz sadəcə onu gerçəkləşdirməyə doğru kiçik bir addım atın, özünüz nə baş verdiyinin şahidi olacaqsınız.

Kim bilir? Hətta balaca bir addım da hər şeyi dəyişə bilər.

Ona görə də bu balaca addımları atmaqdan çəkinməyin. Bu zaman sizin həvəsiniz, həqiqətən də sizə pul gətirə bilər. Kim deyə bilərdi ki, siz sadəcə dostlar ilə əlaqə saxlamaq üçün yaratdığını şəbəkə sayəsində, milyardlarla pul qazana bilərsiniz? (Fasebook-u xatırlayın).

Son xəbərlər
Digər xəbərlər