21 C
Baku
Monday, June 16, 2025

“Sevimli Dad” markası ilə tanınan “MİLK-PRO” şirkəti ləğv edildi

MİLK-PRO MMC ləğv olunduğunu elan edir.

Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1089 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Milk-PRO” MMC tərkibindən “Xətai Development” MMC ayrılmaqla yenidən təşkil olunmuşdur.

“Milk – Pro” MMC 1991–ci ildə tibbi – bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 min manatdır və qanuni təmsilçisi Mustafa Məmmədovdur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər