9 C
Baku
Monday, November 18, 2024

Seysmoloji Mərkəz əhaliyə müraciət edib

“Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində baş verən və maqnitudası 5 olan zəlzələ hiss olunan zəlzələ olsa da, bundan vətəndaşlarımızın təşvişə düşməsinə əsas yoxdur”.

Bu barədə Seysmoloji Xidmət Mərkəzinin əhaliyə müraciətində bildirilib.

Qeyd olunub ki, ərazimiz seysmik bölgədir və bu, seysmik zonalara xarakterik haldır.

“Cənub bölgəmiz, əsasən də Talış dağlıq bölgəsi seysmik zonadır. Bu baxımdan da bölgədə vaxtaşırı hiss olunan zəlzələlər olur və bu seysmik zonalara xarakterik haldır. Maqnitudası 5 və 5 -dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması ola bilir. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Odur ki, vətəndaşlarımız bir qədər təmkinli olsunlar və yalnız rəsmi məlumatları izləsinlər”, – deyə açıqlamada deyilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər