6 C
Baku
Wednesday, March 5, 2025

“SF Azerbaijan” BOKT-nin özü 50 000, vəzifəli şəxsi isə 10 000 manat cərimələndi

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı (Manato)və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Nəzarət tədbirləri zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən, “SF Azerbaijan” BOKT MMC 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə olunub.

Qərar Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

  • 1.2-ci maddə: Maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə.
  • 1.6-cı maddə: Maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə.

Qeyd edək ki, 2024-cü ilin yayında Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilmişdi.

“SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb.

Son xəbərlər
Digər xəbərlər