9 C
Baku
Friday, December 13, 2024

“Shakespeare” restoranı cərimələndi – Siyahı

2022-ci il aprelin 4-də ölkə üzrə 132 ictimai iaşə obyektində pandemiya sahəsində müvafiq qanunvericiliyin tələblərinin icrasna nəzarət məqsədilə 216 monitorinq keçirilib.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlikdən verilən məlumata əsasən, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:

1. Bakı şəhəri, Xətai rayonu, Hadi küç., ev 23 ünvanında yerləşən, hüquqi şəxs “Semazen Baku” MMC-yə məxsus “Semazen Baku” restoranı;

2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Muxtar Fətəliyev küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Həsənov Rövşən Eyvaz oğluna məxsus kafe;

3. Bakı şəhəri, Xətai rayonu, Hadi küç., ev 23H ünvanında yerləşən, fiziki şəxs Əsgərov Əsgər Zahir oğluna məxsus kafe;

4. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küç., ev 11 ünvanında yerləşən, hüquqi şəxs “Novgüv” MMC-yə məxsus “Shakespeare” restoranı.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər