The Wall Street Journal 29 sentyabr tarixində musiqi tanınması xidməti olan Shazam-ın 17 illik fəaliyyəti boyunca ilk dəfə mənfəət əldə edib. Şirkət qazandığı bu mənfəətin həcmini açıqlamasa da, gəlirin reklamdan gəldiyi bəllidir.
Reklam verənlər 120 milyon fəal istifadəçiyə sahib olan xidmətə məzmun yerləşdirilməsi qarşılığında pul ödəyirlər. 2015-ci ilin yanvar ayında Shazam şirkəti 1 milyard dollardan artıq qiymətləndirilmişdi.
Shazam şirkətinin necə yarandığı ilə tanış olaq:
Shazam-ı 1999-cu ildə Kris Barton adlı tələbə yaradır. Bu zaman ABŞ-da radioda elə indicə səsləndirilən mahnının hansı olduğunu təyin etməyə imkan verən xidmətlər mövcud idi. Lakin Barton klublarda, barlarda və mağazalarda səsləndirilən mahnıları təyin etməyə imkan verən texnologiya yaratmaq istəyirdi. O və xidmətin digər yaradıcısı olan Filip İngelbrext Kaliforniya universitetində kompüter texnologiyaları fakültəsində təhsil alırdılar. Tezliklə onlara Bain Company şirkətində çalışan və Stanford biznes məktəbini bitirən Ciray Mukxerdci qoşulur. O Bartonun köhnə dostu idi. Onlar tanış olduqda Mukxerdci Viant şirkətində (MySpace şirkətinin sahibi, hazırda Time Inc-ə məxsusdur) çalışırdı.
Partnyorlar bir neçə ay ərzində bu texnologiyanı yarada biləcək şəxsi axtarır və nəticədə belə qərara gəlirlər ki, doktorluq dərəcəsi olan Eyveri Vanq, Stanfordun akustika və musiqi üzrə kompüter tədqiqatları mərkəzinin işçisi ən uyğun namizəddir. İlk əvvəl, Vanq layihədə iştirak etmək istəməsə də, daha sonradan razılığını bildirir. İdeyanı həyata keçirmək üçün pul tələb olunurdu və partnyorlar ilk milyon dolları qohumlarından və dostlarından borc alırlar. Tezliklə EMI və EMG səs yazma studiyalarının rəhbərləri ideya ilə maraqlanırlar. 2001-ci ildə startapın ilk nəhəng vençur investoru – IDG Ventures Europe-dan Adcey Çodxuri olur.
2002-ci ildə Shazam Londonda işə düşür. 14-15 il əvvəl o bu gün ki smartfon istifadəçilərinin istifadə etdiyi texnologiyaya heç bənzəmirdi. Mahnının adını və ifadə edən şəxsin kim olduğunu öyrənmək üçün 2580 nömrəsini yığmaq, dinamiki musiqi səslənən yerə yaxınlaşdırmaq və bir neçə saniyə gözləmək lazım idi. Bi müddət sonra melodiya haqqında məlumatı əks etdirən SMS gəlir və əlavə olaraq bir neçə pens qarşılığında mahnını yükləməyi təklif edirdi. Beləliklə, Shazam ilk pullarını qazanmağa başlayır.
2004-cü ildə Shazam AT&T operatoru ilə əməkdaşlıq sayəsində ABŞ-da istifadəyə verilir. Bundan sonra isə 6 çətin il başlayır. Barton verdiyi müsahibələrindən birində etiraf edir ki, xidmət öz dövrünü qabaqlamışdı və düyməli telefonlar üçün kifayət qədər çətin idi. Barton bir neçə əməkdaşını işdən azad etməli olur və ideyaya inanmağa hazır olan yeni investorlar axtarmağa başlayır.
Smartfonlara keçid:
iPhone dünyanı, insanların həyatını və musiqi tanınması xidmətinin gələcək taleyini dəyişir. 2008-ci ilin yayında App Store-un yaradılması ilə Shazam yenidən doğulur. 2008-ci ilin payızında Android, bir il sonra isə Windows Mobile üçün Shazam yaradılır. 2009-cu ilin dekabr ayında dünyanın 150 ölkəsində Shazam 10 milyon dəfə yüklənilir. Şirkət 2011-ci ildə ilk dəfə illik 20 milyon dollar gəlir qazanır.
Hazırda şirkətdə onun əsasını qoyanlardan yalnızca Vanq qalıb. Şirkətin CEO-su uzun illər Yahoo! şirkətində çalışan Riç Rayli-dir. Shazam-ın iş prinsipi dəyişməyib və o hələ də mahnı tanımağa kömək edir. Bundan əlavə, Shazam təsvirləri tanımağa da kömək edir. Shazam 2013-cü ildə reklam vermək niyyətində olan şirkətlərlə işləməyə və müxtəlif xidmətlər təklif etməyə başlayır. Reklam Shazam-a əhəmiyyətli dərəcədə gəlir qazandırır. Belə ki, keçən il bir reklam kampaniyasının dəyəri 75 000 dollardan 200 000 dollaraq qədər idi və bir neçə ay davam edirdi.
2015-ci ilin may ayında Shazam təsvirlərin vizual tanınması funksiyasını yaratdı. Kameranı təsvirə və yaxud QR-koda yaxınlaşdırdıqda istifadəçi şirkətin reklam təklifi ilə qarşılaşırdı. Shazam şirkətinin müştəriləri sırasında The Walt Disney Company, Evian, The Warner Bros., журнал Esquire, The Wall Street Journal və Time kimi məşhur şirkətlər var.