8 C
Baku
Monday, November 18, 2024

“Shell” ABŞ-a köçürülə bilər – “Financial Times”

Neft və qaz şirkəti “Shell” qərargahını ABŞ-a köçürə bilər. Bu barədə “Financial Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, belə bir ehtimalı şirkət rəhbərliyi, o cümlədən hazırkı baş direktoru Vael Savan nəzərdən keçirib. Şirkət tərəfindən Londondakı aktivlərinin konsolidasiyasına qərar verilib.

Qəzet ABŞ-a köçürülmə perspektivlərini səbəb kimi “Shell” və onun əsas rəqibləri olan “ExxonMobil” və “Chevron” şirkətlərinin qiymət fərqini adlandırır. Qərargahın köçürülməsi planlarından imtina edilməsinə baxmayaraq, “Shell” rəhbərliyi ABŞ investorları üçün onun cəlbediciliyini artırmağa çalışır. Bunun üçün şirkət hətta neft hasilatını hər il 1-2% azaltmaq planından imtina edə, eləcə də bərpa olunan enerji mənbələrinə keçidi ləngidə bilər.

“Shell” 176 milyard funt sterlinq (215.2 milyard dollar) kapitallaşma və 316 milyard funt sterlinq (382 milyard dollar) təxmin edilən gəlirlə Böyük Britaniyanın ən böyük şirkətidir. “Financial Times” qeyd edir ki, onun ABŞ-a köçməsi Londonun qlobal maliyyə mərkəzi statusunu sarsıda bilər.

Son xəbərlər
Digər xəbərlər