1 C
Baku
Saturday, December 14, 2024

“Shell” B. Britaniya, Almaniya və Hollandiyadakı bizneslərdən çıxa bilər

Energetika şirkəti “Shell” Böyük Britaniya, Almaniya və Hollandiyadakı pərakəndə satış müəssisələrindən çıxmaq barədə düşünür. Şirkət bunu bazar itkiləri ilə izah edib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Shell” üç müəssisənin strateji baxışına başladığına aydınlıq gətirib. Çox güman ki, bu, bir neçə ay çəkəcək. Hələki dəqiq qərar verilməyib. 2022-ci ildə Avropanın enerji təchizatçıları topdansatış qiymət artımları ilə üzləşiblər. Bunun fonunda ötən il “Shell” İngiltərədəki elektrik enerjisinin pərakəndə satış biznesinə mübarizə aparmağa kömək etmək üçün təxminən 1.5 milyard dollar sərmayə qoyub.

2022-ci ilin fevralında “Shell” Rusiyadakı bütün neft və qaz layihələrindən çıxdığını elan edib. Dekabrda “Qazprom neft” məhkəmədən “Shell”ə aktivi konsolidasiya etmək üçün onların paritet müştərək müəssisəsi “Salım Petroleum Development” MMC-nin payını Rusiya şirkətinə satmasına icazə verilməsini xahiş edib. Həmin ay məhkəmə neft şirkətinin ərizəsini təmin edib.

Son xəbərlər
Digər xəbərlər