10 C
Baku
Wednesday, December 11, 2024

“Shell” elektrikli avtomobillərin Avropadakı ən böyük şarj şəbəkəsini alacaq

Neft və qaz şirkəti olan “Shell” Avropanın elektrikli avtomobillər üçün şarj şəbəkəsi “Ubercity”ni almaq üçün müqavilə imzalayıb.

Banker.az bu barədə xarici KİV-ı istinadən xəbər verir.

Müqavilənin tənzimləyicilərdən təsdiq alındıqdan sonra 2021-ci ilin sonunda bağlanması planlaşdırılır. Razılaşmanın məbləği açıqlanmır.

Nəticədə, startap bütünlüklə “Shell”in tərəmə şirkətinə çevriləcək. “Ubercity”də müəyyən paya sahib olan “Siemens” aktivlərini satacaq, lakin əməkdaşlıq etməyə davam edəcək.

Berlində yaradılan “Ubercity” şəbəkəsi elektrikli avtomobillər üçün şarj şəbəkəsini yol infrastrukturuna inteqrasiya edir. Verilən məlumata görə, şirkətin hazırda İngiltərədə 2 700-dən, ümumilikdə Avropada isə 1 500-dən çox şarj nöqtəsi (bu, bazarın təxminən 13%-dir) var.

“Shell” şirkəti bu müqaviləni “BP” ilə artan rəqabət fonunda imzaladığını açıqlayıb. 2018-ci ildə neft şirkəti Böyük Britaniyada elektrikli nəqliyyat vasitələrinin şarj şəbəkəsi olan “Chargemaster” startapını 130 milyon funt sterlinqə (təxminən 177.6 milyon dollar) almışdır. Həmin dövrdə startapın ölkədə 6 500-dən çox şarj nöqtəsi olmuşdur.

Son xəbərlər
Digər xəbərlər