Böyük Britaniya və Niderlandın birgə neft-qaz istehsalı korporasiyası olan “Shell” Ermənistanda fəaliyyətə başlayacaq.
Şirkət bu ölkənin bazarına gələn aydan daxil olacaq.
Belə ki, şirkət martdan etibarən Ermənistan ərazisində avtomobillər üçün yanacaqdoldurma məntəqələri açacaq. Məlumata görə, yanacaq Yunanıstanda istehsal ediləcək və daha sonra satış üçün Ermənistana nəql olunacaq.
Yanacağın Yunanıstandan Ermənistana hansı marşrutla nəql olunacağı barədə isə detallar açıqlanmayıb.