13 C
Baku
Tuesday, May 7, 2024

“Shell” Filippindəki aktivlərini satıb

Britaniya-Hollandiya neft-qaz şirkəti “Shell” Filippindəki Malampaya yatağındakı payının satışını başa vurub. Bunu “Shell”in mətbuat xidməti məlumat deyib. Məlumata görə, şirkətin Filippindəki aktivlərinin yeni sahibi “Prime Infra” olacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Birgə müəssisə tərəfdaşlarının razılığından və tənzimləyicilərin təsdiqindən sonra “Shell Petrolium N.V.” şirkəti “Shell Philippines Exploration B.V” şirkətindəki payının satışını tamamlayıb”, – mesajda deyilir.

SPEX 45% əməliyyat payını saxlayacaq və yatağı istismar etməyə davam edəcək. Digər 45% UC38 MMC-yə, 10%-i isə PNOC Exploration Corporation”a məxsus olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər