Mənfəət həcminə görə dünyanın ikinci nəhəng neft şirkəti olan Royal Dutch Shell Plc Amerikanın investisiya bankı olan Morgan Stanley-in Avropadakı neft-qaz aktivlərini alır.
Shell şirkətinin verdiyi məlumata görə, şirkət qaz və elektrik enerjisi üçün maliyyə müqavilələri və fiziki aktivləri əldə edəcək.
2015-ci ilin yanvar-mart aylarında məhz qaz və neftlə həyata keçirilən əməliyyatlar Shell şirkətinə iqtisadçıların gəlirlə bağlı verdiyi proqnozu aşmağa kömək etmişdi.